Koronavirusun yeni əlaməti - Konyunktivit
    • 28-03-2020, 14:32
    • 988

Koronavirusun yeni əlaməti - Konyunktivit

Amerika Oftalmologiya Akademiyasının həkimləri əmindirlər ki, konyunktivit bəzi insanlarda koronavirus infeksiyasının əlaməti ola bilər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər çinli həmkarlarının araşdırmalarına əsaslanıblar. Məlumata görə, koronavirusa yoluxan 30 xəstədən birində konyunktivit diaqnozu qoyulub.

Amerikalı həkimlərin istinadə etdiyi başqa bir araşdırmada, Çində koronavirus xəstəsi olan 1099 xəstədən 19-da konyunktivitin də aşkarlandığı qeyd olunur. Araşdırmada ölkədəki 30 xəstəxananın statistikasından istifadə edilib.

Həkimlər bildiriblər ki, göz xəstəliyinin yalnız koronavirus ola bilməz. Eyni zamanda, oftalmoloqlar insanın koronavirusa yoluxamasından şübhələnən ilk həkim ola bilərlər.