-
- 29-03-2020, 10:01
- 824
Kanadanın baş nazirinin xanımı koronavirusdan sağaldı
Kanadanın baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudonun koronavirusdan müalicəsi müsbət nəticələnib.
News24.az xəbər verir ki, bu barədə baş nazirin xanımı “Facebook”dakı səhifəsində yazıb.
"Mən sizinlə xəbərlər bölüşmək istərdim: özümü daha yaxşı hiss edirəm, həkimimdən və Ottavanın Səhiyyə Departamentindən tibbi müayinənin müsbət nəticəsini aldım", - deyə o, “Facebook”da yazıb.
Sofi Qrequar Tryudo hamıya ən sürətli sağalma arzularına görə təşəkkür edib və hazırda koronavirusdan müalicə olunanlara dəstək verib.
Qeyd edək ki, baş nazirin xanımında iki həftə əvvəl koronavirusun əlamətləri aşkarlanıb. Castin Tryudo onda xəstəlik əlamətlərinin olmamasına baxmayaraq, özünü təcrid etmə rejiminə keçməyə və evdən işləməyə qərar verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı 26,5 minə çatıb.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.