Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib
    • 29-03-2020, 12:17
    • 638

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar. 


News24.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.


Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.