"Hava anomal isti keçir" - Umayra Tağıyeva
    • 25-12-2019, 15:07
    • 1 148

"Hava anomal isti keçir" - Umayra Tağıyeva

"Havanın sürprizlərindən danışanda ele bu ilin dekabr ayında Azərbaycanda, o cümlədə qonşu ölkələrdə müşahidə olunan hava şəraitini misal kimi göstərmək olar. Rusiyada, həmçinin Moskvada demək olar ki, hər gün temperatur rekordları qeyd olunur".

News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tagiyeva brifinqdə bildirib. O qeyd edib ki, Azərbaycanda da hava anomal isti keçir: "Belə ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarıxındə 22,5 dərəcə qeydə alınıb ki, bu da rekord göstəricidir". 

Direktor onu da əlavə edib ki, çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub: "Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil etmişdir. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olub 76-115%". 

Afaq Mirayiq