-
- 29-03-2020, 13:38
- 677
Deputatların tibbi maskadan istifadə edib-etməməsi onların öz ixtiyarına buraxılıb
Milli Məclisin deputatları və parlamentin əməkdaşları koronavisrusla əlaqədar tibbi test yoxlanışından keçiblər. Testlərin nəticəsi isə neqativ çıxıb. Yəni, heç bir deputatda koronavirus aşkar edilməyib.
News24.az xəbər verir ki, “Report”un parlamentdən əldə etdiyi məlumata görə, sabahkı plenar iclasda deputatların tibbi maskadan istifadə edib-etməməsi ilə bağlı məsələ onların öz ixtiyarına buraxılıb. Yəni istənilən deputat sağlamlığının qorunması üçün sabahkı iclasda tibbi maskadan istifadə edə bilər.
Həmçinin deputatlara bir-biriləri ilə əl vasitəsilə salamlaşmaq tövsiyə edilməyib.
Bundan əlavə, Milli Məclisin sabahkı plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.