Göyçaylıları zibilə salan kimdir? - FOTO - VİDEO
    • 9-07-2018, 11:39
    • 969

Göyçaylıları zibilə salan kimdir? - FOTO - VİDEO

Göyçay sakinləri belə desək zibilliklərlə savaşır. Dərdlərini desələr də, çarə tapılmır ki tapılmır. News24.az  saytının redaksiyasına gələn şikayət məktubuna əsasən, dahi Nizaminin adını daşıyan prospekt zibilliklər içərisindədir. 

Bundan başqa, şəhərin mərkəzində istifadə edilən bir yeraltı keçid var ki, onun da istifadəsini mümkünsüz hala gətirilib. Belə ki, keçidin giriş hissəsi dəmir barmaqlıqlarla bağlanıb. Göyçay sakinlərinin sözlərinə görə, dəfələrlə lazımı yerlərə müraciət etsələr də vəziyyət yenə dəyişilmir ki, dəyişilmir.


 Şəhər sakinlərin sözlərinə görə, Göyçay şəhər İcra hakimiyyətin məsul nümayəndəsi bu problemin həllini Kommunal Təsərrufat idarəsində görür. Kommunal Təsərrüfat İdarəsi isə, İcra nümayəndəliyinin bu problemə laqeyd yanaşıldığını qeyd edir.

Məsələylə bağlı Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng etməyimizə baxmayaraq telefonlara cavab verən tapılmadı. 


News24.az həmin mənzərənin videosunu sizə təqdim edir:

Elvin Nüsrətoğlu