Pişikləri toplayıb dönər bişirirmiş
    • 19-09-2018, 12:09
    • 1 374

Pişikləri toplayıb dönər bişirirmiş

Pişikləri torbaya yığan qadından şok sözlər: Dönər edib, suriyalılara satıram 

İstanbulda  yaşayan bir qadının, küçə pişiklərini torbaya yığaraq maşına apardığını görən məhəllə sakinləri ayağa qalxıb.

News24.az-ın xəbərinə görə, baş verən bu hadisələrə müdaxilə edən sakinlərin: “ O pişikləri neynirsən?” sualına qadın: “ dönər edib, suriyalılara satıram” deyib.

Verilən cavab insanları dəhşətə salıb. Qadına kim olduğu soruşulan zaman ilk öncə bələdiyyə işçisi olduğunu, daha sonra isə  ingilis dili müəlliməsi olduğunu bildirib. Məhəllə sakinləri hətta qadının pişiklərə nə olduğu bilinməyən iynə vurduğunu da iddia ediblər. Pişikləri maşına aparan qadın, bir tərəfdən də ona baxan insanları təhqir edib. Bu olanlar yerli sakinlər tərəfindən kameraya çəkilib.

Şəlalə Ağayeva