Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 NƏFƏR CƏRİMƏLƏNİB
    • 2-04-2020, 13:26
    • 893

Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 NƏFƏR CƏRİMƏLƏNİB

"Polisin karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün kifayət qədər şəxsi heyəti, vasitələri var”.

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib. 

Ə. Baqişev deyib ki, karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə inzibati cərimə tətbiq olunub, 127 nəfərə xəbərdarlıq edilib

Afaq Mirayiq