Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verilib SİYAHI
    • 2-04-2020, 19:56
    • 1 380

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verilib SİYAHI

“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı” təsdiq edilib.

Bu barədə News24.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli  1656-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli 825 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır: 

“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı
texnikalarının ehtiyat hissələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 
1. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart - 20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın; 2 1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin; 1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.