Model: "Putin məni siçan zəhəri ilə öldürmək istədi"
    • 19-09-2018, 18:55
    • 899

Model: "Putin məni siçan zəhəri ilə öldürmək istədi"

Model: Putin məni siçan zəhəri ilə öldürmək istədi Londonda yaşayan 30 yaşlı rus maniken Anna Şapiro Rusiya prezidenti Vladimir Putini onu və ərini zəhərləməkdə ittiham edib.

 4 martda İngiltərədə rus agenti Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənmə hadisəsindən sonra iki ölkə arasında yaranan diplomatik gərginliyin ardınca buna bənzər daha yeni bir iddia ortaya çıxıb.

Bazara günü 42 yaşlı əri Aleks Kinq ilə yeməyə gedən Şapiro ərinin 15 dəqiqə ərzində tualetdan qayıtmadığını görüncə, onun ardınca tualetə gedib. Rus model Aleks Kinqin tualetdə ağzından köpük gəldiyinin və huşunu itirmiş halda uzandığını görüb. Bunun ardına Rus model özünün da huşunun itdiyini dilə gətirib. Hadisədən sonra ərlə arvad xəstəxanaya aparılıb. Bazar ertəsi günü xəstəxanadan çıxan Şapiro polsə ifadə verib.

Şapiro deyib ki, restoranda pizza, əri Aleks isə balıq, göyərti və kartof sifariş edib. 2008-ci ildən Londona köçən model iddia edib ki, Rusiya xüsusi xidmət orqanları onu İngiltərə agenti kimi qəbul etdiyindən, siçan zəhəri ilə zəhərləməyə çalışıblar. Şapiro Putinin adamlarının onları siçan zəhəri ilə öldürməyə cəhd edtiyini bəyan edib. O bundan əlavə olaraq telefonu vasitəsi ilə ölüm təhdidlərini aldığını da qeyd edib.
//Avropa.info