Dövlət orqanları və şirkətlər nəqliyyat vasitələrini qeydiyyatdam keçirməlidirlər - AÇIQLAMA
    • 3-04-2020, 14:30
    • 633

Dövlət orqanları və şirkətlər nəqliyyat vasitələrini qeydiyyatdam keçirməlidirlər - AÇIQLAMA

“Dövlət orqanları və şirkətlər əməkdaşlarının adını daxil etməklə yanaşı həm də nəqliyyat vasitələrini sistemə daxil edə bilirlər”.

News24.az xəbər verir ki, bu sözləri Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. O qeyd edib ki, əsas məsələ nəqliyyat vasitəsində olan şəxsin icazəsinin olmasıdır: “Dövlət qurumlar, şirkətlər öz nəqliyyat vasitələrini sistemdə qeydiyyatdan keçirsələr belə, bu demək deyil ki, həmin nəqliyyat vasitəsi qeydiyyatı olmayan şəxsləri daşıya bilər. Ola bilər ki, nəqliyyat vasitəsi aidiyyatı qurumlar tərəfində saxlanılıb, içəridə olan vətəndaş və ya dövlət qurumunun əməkdaşının məhdudiyyatsız hərəkətlə bağlı icazəsinin olub olmaması yoxlanılsın”.