Dünyanın ən böyük məscidləri
    • 20-09-2018, 11:41
    • 6 645

Dünyanın ən böyük məscidləri

Məscid İslam dinində ibadət yeridir. Dünya miqyasında minlərcə məscid mövcuddur. Bu söz Qurani-Kərimdə 28  dəfə işlənib. Filoloqlar Quranda qeyd edilən “mihrab” sözünün də “məscid” mənasına gəldiyini bildirirlər.
Dünyanın ən böyük məscidləri barədə məlumatı  təqdim edirik.

1.Kəbə - Müqəddəs tikilinin sahəsi 128.4 kv/m-dir. Bütün dünyada müsəlmanlar ibadət edərkən Kəbəyə tərəf yönəlirlər. Ölçü olaraq digər məscidlərdən nisbətən kiçik olsa da, müqəddəslik baxımından müsəlmanlar üçün ən önəmli ibadət yeridir.


2. Mədinə - Məhəmməd Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə köçündən sonraki evi burda yerləşib. İnşa edildiyi tarixdən bu yana dəfələrlə bərpa edilib. Dünyanın ən böyük ikinci məscididir. Burada 105 metr ölçüsündə 10 ədəd minarə  və ortada yaşıl qübbə mövcuddur. Məhəmməd Peyğəmbərin  məzarı da Mədinədə yerləşir.

3. Həsən məscidi – Bu tikili Mərakeşin Kasablanka  şəhərində yerləşir.  Şah Həsən xalqına gözəl bir məscid hədiyyə etmək istəmiş və buranı inşa edib. Məscidin büdcəsi 800 milyon dollardır. 210 metrlik minarəsi ilə dünyada ən hündür dini bina olaraq  qeyd olunub.


4. İstiqlal məscidi-İndoneziyadakı Müstəqillik Məscidi isə ən böyük növbəti İslam məbədidir. Prezident Sukarnonun iştirakı ilə tikintisi başlayan məscid 17 ilə inşa edilib. Məscid 1978-ci ildə diktator Suxarto tərəfindən təntənəli şəkildə açılıb. Burada eyni vaxtda 150 mindən artıq insan yerləşə bilər.

5. Şeyx Zayed Bin Sultan Əl Nahyan məscidi - Yerli əhali tərəfindən qısaca 'Böyük məscid' adlandırılır. 82 minarəli məscid Abu Dabide 2007-ci ildə açıldı. Məscidin baş qübbəsi 32.8 metr enində və 85 metr uzunluğundadır.Məscid həm dünyanın ən böyük əldə toxunmuş xalçasına,həm də dünyanın ən böyük şamdanına sahibdir.Burada eyni anda 40 000 nəfər ibadət edə bilir.


6.Feysəl məscidi - 1976-cı ildə Pakistan hökuməti, Səudiyyə Ərəbistandan alınan 130 milyon Səudiyyə riyali (təqribən bu günün 120 milyon $) ilə inşasına başlandı və 1986-cı ildə tamamlandı.Burada eyni anda 74.000 insan ibadət edir.Yüksəklikləri 90 metrə çatan 4 ədəd minarəsi vardır.Bir çox məscidin əksinə Feysəl məscidində qübbə yoxdur. Onun yerinə Ərəb Bedouinin çadırına oxşar üçkünc bir tavanı var.

7. Sultan Əhməd Məscidi - İstanbulda yerləşən və l Əhməd tərəfindən Memar Sədəfkar Mehmet ağaya tikdirilən bu məscid 6 minarəlidir. 20.000-dən çox İznik çinisiylə (mozaikasıyla) bəzədilib. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin eni 23,5 metrdir. Məscidin içi 200-dən artıq rəngli şüşə ilə işıqlandırılıb.

8. Badşahi məscidi - 1673-cü ildə Moğol İmperatoru Auranqazeb tərəfindən inşa edilən Badşahi məscidi var.8 minarəsi və 3 qübbəsi olan məsciddə eyni anda 100 000 insan ibadət edə bilər.

9. Jame Asr Hassanil Bolkiah Məscidi-1958-ci ildə Bruney Sultanı tərəfindən inşa etdirilən məscid 6-cı yerdə dayanır.Ətrafındakı rəngarəng baxçaları,24 əyarlı qızıl örtüklü qübbələri və minarələriylə dünyanın ən böyük və ən gözəl ibadət yerlərindən olan bu məscid 1994-ci ildə xalqa açılıb.

10. İmam məscidi - İsfahanda yerləşən bu məscidin divarları 7 rəngdən ibarət mozaiklərlə örtülüb. 1611-ci ildə tikilməyə başlanan məscid,18 il sonra 1629-cu ildə tamamlanıb.Buranın akustikası elə mükəmməl qurulub ki,ən kiçik səsin əks-sədası belə çox olur.Araşdırmalar göstərib ki,burada 49 növ əks-səda mövcuddur.Bunlardan yalnız 12-ni insan qulağı eşidə bilir.