-
- 17-07-2019, 10:48
- 1 190
Şamaxıda qədim abidə AŞKARLANDI
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edib.
News24.az-a verilən məlumata görə, aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib.
Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimiqəbul edilib: "Yerli sakinlərin yaşatdığı rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd Peyğəmbərin zamanında Şirvana gələrək islam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilmişdir. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirmişlər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur.” – deyə Akif Quliyev bildiib.
Akif Quliyev adı çəkilən tarixi şəxsiyyət barədə yazılı mənbələrdən topladığı məlumatla bölüşüb: “Yazılı mənbələrə görə, Fələstinin Ləkhm tayfasının Bəni əl-Dar qəbiləsindən olan Təmim əl-Dari xristian rahibi olub. O, 628-ci ildə Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra islam dinini qəbul edib və Mədinədə məskunlaşıb. Peyğəmbərin yaxın köməkçisi olaraq, o, islam dininin yayılmasında da böyük rol oynaıbı.
Peyğəmbərin vəfatından sonra, Raşidi xəlifələri (632-661-ci illər) dövründə Təmim əl-Dari Fələstində El-Xəlil (müasir Hevron), Beyt Eynun və ətraf ərazilərin hakimi təyin edilib. Şeyx 661-ci ildə Bayt-Cibrin (müasir Hevron yaxınlığında) vəfat etmiş və burada dəfn edilmişdir.Onun tək günbəzli məqbərəsi günümüzə qədər orada mühafizə olunur”.
Ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir. Şeyxin yaşadığı dövrdə islam emissarlarının Şirvanda fəaliyyət göstərməsi və ucqar Qəleybuğurd kəndi ərazisində islam dinini yayması inandırıcı səslənmir.
“Bəs, Qəleybuğurd qəbirsanlığında dəfn edilmiş, şamaxılılar arasında Şeyx Təmim əl-Dari kimi tanınan və qəbiri ziyarət olunan bu müqəddəs şəxsiyyət kimdir? Bizim ehtimalımıza görə, Qəleybuğurd qəbiristanlığında dəfn edilmiş övliya, Peyğəmbərin silahdaşı Təmim əl-Darinin adaşıdır. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək.” – deyə A.Quliyev bildirib.
Qeyd edək ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növlərilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilmişdir.