Bərdədə təbiətə ziyan vuran şəxslər CƏRİMƏLƏNDİ
    • 6-04-2020, 10:36
    • 659

Bərdədə təbiətə ziyan vuran şəxslər CƏRİMƏLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bərdə rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bərdə prokurorluğuna göndərilib.