ETSN ağac kəsən növbəti şəxsi CƏZALANDIRDI
    • 2-04-2020, 09:53
    • 910

ETSN ağac kəsən növbəti şəxsi CƏZALANDIRDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov  tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı  akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.