Zoopark işçisi pələngi KORONAVİRUSA YOLUXDURDU - FOTO
    • 6-04-2020, 11:13
    • 949

Zoopark işçisi pələngi KORONAVİRUSA YOLUXDURDU - FOTO

Nyu-Yorkda yerləşən Bronks zooparkında Nadia adlı pələng koronavirusa yoluxub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Vəhşi Təbiəti Qoruma Dərnəyinin yazılı açıqlamasında 4 yaşındakı Malayziya pələngi Nadiadakı simptomlardan sonra koronavirus testinin edildiyi və nəticələrin müsbət olduğu bildirilib.

Vurğulanıb ki, Nadia ilə eyni qəfəsdə olan 3 pələngdə və 3 şirdə virusun bəzi əlamətləri var, lakin bütün heyvanların vəziyyəti yaxşıdır. 

Açıqlamada Nadianın simptomlarları olmayan zoopark işçisi tərəfindən yoluxa biləcəyi ifadə edilib.

Qeyd edək ki, bu, ABŞ-da heyvanın koronavirusa ilk yoluxma halıldır.