Bu küçədə yenidənqurma işləri YEKUNLAŞIR
    • 6-04-2020, 16:00
    • 669

Bu küçədə yenidənqurma işləri YEKUNLAŞIR

Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a veriən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülmüş, müasir küçə dizaynının elemetlərindən istifadə edilib.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılmışdır. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilmiş, cib tipli parklanma yerləri təşkil edilmiş, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılmaqdadır.