Boris Conson reanimasiyaya YERLƏŞDİRİLDİ
    • 6-04-2020, 23:47
    • 1 098

Boris Conson reanimasiyaya YERLƏŞDİRİLDİ

Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyaya yerləşdirilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus testi pozitiv çıxan 55 yaşlı nazirdə xəstəliyin simptomları ağırlaşıb. Conson səlahiyyətlərinin icrasını müvəqqəti olaraq Xarici İşlər naziri Dominik Raaba həvalə edib.

Xatırladaq ki, Boris Conson martın 27-dən özünütəcrid rejimindədir. O, bu gün xəstəxanaya yerləşdirilmişdi.