-
- 20-09-2018, 20:30
- 887
Ermənistan “Azərbaycan casusu”nu azad edəcək - Ərdoğanın Paşinyana ZƏNGİ
Ermənistan sərhədini səhvən keçdiyi üçün həbs edilən və ermənilər tərəfindən “Azərbaycan casusu” ittihamı ilə günahlandırılan Türkiyə vətəndaşı 16 yaşlı Umut Ali Özmen gələn həftənin birinci günü azad ediləcək.
Bu barədə Qars Valiliyinin açıqlamasında deyilir.
Valiliyin açıqlamasında bildirilir ki, Ermənistanla aparılan danışıqlar nəticəsini verib.
“Umutun atası Mustafa Özmen sentyabrın 24-də Ermənistana gedəcək və oğlu ilə birlikdə Türkiyəyə qayıdacaq”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Umut Ali Özmen iki ay öncə səhvən Ermənistan sərhədini keçib. Erməni əsgərlər onu “Azərbaycan casusu” adı altında həbs ediblər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng edib. Paşinyan Ərdoğanın tələbinə müsbət cavab verib. Paşinyan sonradan Ərdoğanla telefon əlaqəsi saxladıqlarını təkzib etdi. Lakin 16 yaşlı Umutun sentyabrın 24-də qaytarılacağı Paşinyanın yenə yalan danışdığını göstərir.
//Publika