Türkiyədə koronavirusdan ölənlərin sayı 725 NƏFƏRƏ ÇATDI
    • 7-04-2020, 21:28
    • 779

Türkiyədə koronavirusdan ölənlərin sayı 725 NƏFƏRƏ ÇATDI

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 76 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 20023 şübhəli koronavirus testindən keçib, onlardan  3892 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 725 nəfər ölüb, 34109 nəfər  yoluxub. Onlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib. 
Bu gün müalicə olunan 256 xəstə evə buraxılıb.

Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 228868 nəfər testdən keçib və müalicə olunan xəstələr arasında irəliləyiş var.