-
- 8-04-2020, 13:34
- 735
Paytaxtda dezinfeksiya işləri daha da GÜCLƏNDİRİLDİ
Koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq çoxşaxəli tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən News24.az-a verilən məlumaat görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin, aidiyyəti qurumların əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaqraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılır.
Gündə 2 dəfə Departamentin balansında olan 11400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya və maarifləndirmə işləri paytaxtın qəsəbələrində də aparılır.
Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ binaların və yaşayış komplekslərində də aparılması təmin edilir.
Ərazidəki tibbi-profilaktiki işlərlə yanaşı Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər sulanır.
Paytaxt rayonları İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə mütəmadi reydlər keçirərək vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə alınması qaydasında çıxa biləcəkləri barədə məlumatlandırır, Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işləri aparırlar.
Həmçinin RİH-ləri, bələdiyyələr, könüllülər tərəfindən yaşı 65-dən yuxarı, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır, onlara ərzaq yardımları çatdırılır, lazımi sosial xidmətlər göstərilir.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və yardımların göstərilməsi gündəlik davam etdirilir.