64 yaşlı kişi intihar edib

64 yaşlı kişi intihar edib Kriminal
Sabirabad rayon sakini intihar edib.

Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Aydın Tağıyev özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.