Dünyada koronavirusdan ölənlərin sayı 95 MİNİ ÖTDÜ
    • 10-04-2020, 02:28
    • 1 025

Dünyada koronavirusdan ölənlərin sayı 95 MİNİ ÖTDÜ

Dünyada koronavirus qurbanlarının ümumi sayı bir neçə saat ərzində 5mindən çox artıb.

Koronavirusdan dünyasını dəyişənlərin sayı 95 047 nəfərə çatıb. Belə ki, ən çox ölüm hadisəsi İtaliya (18 279), İspaniya (15 238), ABŞ (16 454) və Fransada (12 210) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 1 593 515-ə çatıb, 355 262 nəfər sağalıb. Hazırda 48 953 nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report/