Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb
    • 21-09-2018, 12:15
    • 1 702

Etimad İsmayılov 4 milyon dollara görə öldürülüb

Dünən axşam saatlarında azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb.

Türkiyənin “Posta” qəzeti xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik, E.İsmayılovun şəriki Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.

Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Cinayəti törədən Gözəl Dəmirov Bakı vaxtı ilə 02:00 radələrində tutulub.