Bakıda koronavirsa yoluxan həkim danışdı - VİDEO
    • 12-04-2020, 15:59
    • 1 013

Bakıda koronavirsa yoluxan həkim danışdı - VİDEO

Azərbaycanda da artıq tibb işçiləri arasında koronavirusa yoluxma faktı qeydə alınıb.

News24.az-a Axşam.az-a istinadən xəbər verir ki, koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev artıq Kovid-19-a yoluxub.

O, bu barədə sosial media hesabında məlumat verib. Koronavirus testinin cavabının pozitiv çıxdığını deyən həkim eyni zamanda vətəndaşlara səslənib: "Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. İnsanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq".

İsmayıl Əliyev bununla bağlı İctimai Televiziyaya açıqlama edib.