-
- 13-04-2020, 09:47
- 988
Mayın 1-dən balıq ovlanmasına imtina edilməlidir- ETSN
Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar may ayının 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq.
Bunu News24.az-a açıqlmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının vacibliyini vurğulayıb. O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya, qaydalara əməl etməyə çağırıb.