Bu qadın 52 dəfə plastik əməliyyat etdirib - Anası görsə tanımaz
    • 21-09-2018, 14:30
    • 1 327

Bu qadın 52 dəfə plastik əməliyyat etdirib - Anası görsə tanımaz

Amerikalı Sindi Ceksonun adı ən çox sayda kosmetik əməliyyat etdirmiş qadın kimi Ginnesin "Rekordlar" kitabına daxil edilib.


 Bu əməliyyatlar arasında bir neçə dəfə üz gərdirmə, liposaksiya, 2 rinoplastika, diz əməliyyatları, qarın, bel, bud, buxaq korrekssiyası, permanent makiyaj, botoks iynələri, dodaq və boyun implantları, aşağı çənə sümüyünün incələşdirilməsi, pilinq və bu kimi prosedurlar yer alıb. News24.az-ın məlumatına görə, qadın bildirib ki, əməliyyatlara atasından qalmış külli sərvət sayəsində girə bilib.

61 yaşlı Sindini indi anası görsə tanımaz. Çünki əməliyyatdan əvvəlki və sonrakı Sindi demək olar ki, iki ayrı insan qədər fərqlidir.O yaşlanmaq əvəzinə daha da gəncləşib və gözəlləşib. İnanmırsız? Onda özünüz baxın.


İlhamə