Narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin QARŞISI ALINDI
    • 13-04-2020, 13:03
    • 787

Narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin QARŞISI ALINDI

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dan News24.az-a verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları  tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb. 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.