Sərhədi pozan şəxslərdən külli miqdarda NARKOTİK GÖTÜRÜLDÜ - DSX - FOTO
    • 21-10-2019, 11:20
    • 1 030

Sərhədi pozan şəxslərdən külli miqdarda NARKOTİK GÖTÜRÜLDÜ - DSX - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində  sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilmiş, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.