13-19 aprel Qara Qarayev və Fikrət Əmirov həftəsi ELAN EDİLDİ
    • 13-04-2020, 15:31
    • 1 428

13-19 aprel Qara Qarayev və Fikrət Əmirov həftəsi ELAN EDİLDİ

Mədəniyyət Kanalı ilə Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərşivəsində 13-19 aprel Qara Qarayev və Fikrət Əmirov həftəsi elan edilib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri, “Əbədiyaşarlar” layihəsində Qara Qarayev və Fikrət Əmirov telehəftəsi  çərçivəsində bəstəkarların müxtəlif janrda yazdığı əsərlər Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində olan sənət ocaqlarının nümayəndələrinin təqdimatında  öz əksini tapacaq.

Belə ki, Akademik Opera və Balet Teatrı, Müslüm Maqomayev adına AZərbaycan Dövlət Akademik Filarmoniyası, AZərbaycan Dövlət Akademik Musiqili Teatr, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan musiqi məktəbləri, eyni zamanda regionlarda yerləşən musiqi məktəbləri də telehəftədə öz töhfələrini təqdim edəcəklər.

Bununla yanaşı Azərbaycan Milli Konservatoriyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və bu universitetin nəzdində olan gimnaziya da öz tələbə və müəllim heyətinin çıxışları ilə layihədə iştirak edəcək.