"Opera dünyası" adlı layihə BAŞLAYIR
    • 13-04-2020, 16:44
    • 1 036

"Opera dünyası" adlı layihə BAŞLAYIR

Mədəniyyət Kanalı və Mədəniyyət Nazirliyinin birgə "Bizi birləşdirən mədəniyyət" layihəsi çərşivəsində "Opera dünyası" adlı layihəyə start verilir.

News24.az xəbər verir ki, ilk həftə dünya şöhrətli bəstəkar, opera islahatçısı, dahi Cüzeppe Verdinin əsərləri təqdim olunacaq. Opera Teatrının musiqi kollektivləri və solistləri bəstəkarın əsərlərini ifa edərək Mədəniyyət Kanalında nümayiş etdirəcəklər. Məqsəd Azərbaycanda dünya klassik musiqi nümunələrinin təbliği, eyni zamanda klassik vokal ifaçılarının evde qalaraq daha aktiv, faydalı sənət nümayişini təmin etməkdir.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisisi News24.az saytıdır.

Sevda Bayramova