-
- 21-09-2018, 15:10
- 6 089
Şahin Zəkizadənin həyat yoldaşı ölkəni tərk etdi: "Yeni həyata başlamaq lazımdır" - FOTO
Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə ölkəni bir dəfəlik tərk edib.
News24.az xəbər verir ki, S.Zəkizadə oğlu Əli ilə birgə Türkiyəyə köçüb.
Uzun müddət vizajist kimi fəaliyyət göstərən Səbinə Zəkizadə instagram hesabında foto paylaşaraq hər kəslə vidalaşıb:
“Göydən 3 alma düşdü. Biri sənin, biri mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir.
Əlvida mənim gözəl Bakım, gözəl vətənim. Çox şeylərdən, ətrafdakıların düşüncələrindən yoruldum. Hər kəsdən uzaq yaşamaq, övladımla yeni həyata başlamaq lazımdır. Çox şükür ki, balam var. Ona baxıb xoşbəxt oluram. Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olan anda nə qohum, nə də ki, bəzi dost dediklərim yanımda olmadı. Mənim gözəl instagram izləyicilərim, buradan da gedirəm. Sizin izləyiciləriniz arasından bir Səbinə Zəkizadə gəldi və getdi. Təşəkkürlər”.
Teymur Məmmədov