Zaqatala və Neftçalada YANĞIN OLUB
    • 14-04-2020, 10:42
    • 991

Zaqatala və Neftçalada YANĞIN OLUB

Zaqatala rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin döşəməsi 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Neftçala rayonunun Bankə qəsəbəsində, birmərtəbəli yaşayış binasında ümumi sahəsi 54 m² olan mənzilin tavanı 3 m² sahədə, ümumi sahəsi 54 m² olan digər mənzilin 3 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd divan, binaya bitişik ümumi sahəsi 28 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.