Bakı və Sumqayıtda YANĞINLAR
    • 7-02-2020, 08:42
    • 1 567

Bakı və Sumqayıtda YANĞINLAR

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və bir otağında yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a  verilən məlumata görə, yüksək temperaturdan kondisioner əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Bakı şəhərinin Sabunçu rayonunda qeydə alıb. Ümumi sahəsi 600 m² olan mansarda tipli 2 mərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 7 m² sahədə mebel və məişət əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan tikilinin qapı-pəncərəsi, bitişik, ümumi sahəsi 600 m² olan talvarın altına yığılan istifadəyə yararsız avtomobil şinləri və taxta tullantıları 500 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.