"Mənə qarşı olan..." - PƏRVİZ ABDULLAYEV
    • 14-04-2020, 12:00
    • 1 207

"Mənə qarşı olan..." - PƏRVİZ ABDULLAYEV

Türkiyənin ən reytinqli yarışmalarından biri hesab olunan "Survivor"un eks iştirakçısı, həmyerlimiz, "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevdən yeni xəbər var.

News24.az xəbər verir ki, koronavirus səbəbindən Bakıya qayıda bilməyən Abdullayev sosial şəbəkədə yarışma sonrası təsüratlarını yazıb: "Məni sevən, dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda oldugum "Survivor" yarışması mənim üçün gözəl bir macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində siz həmvətənlərim və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan daimi inamınızı həm orada göstərdiyim performansla, həm də xarakterimlə bacardığım qədər doğrultmağa çalışdım. Orada qazandığım türk dostlarımın mənə qarşı olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim. Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarışma mənə yaxşı dostlar qazandırdı. Onlara da yarışmada və şəxsi həyatlarında uğurlar arzulayır və başda Acun Ilıcalı olmaqla bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Siz, əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub, məni dəstəklədiyiniz üçün dərin təşəkkür edirəm". 

Sevda Bayramova