“Birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”- FAZİL TALIBOV
    • 14-04-2020, 15:39
    • 1 045

“Birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”- FAZİL TALIBOV

“İşsiz kimi qeydiyyata alınan şəxsə birdəfəlik ödəmə təyin olunduqdan sonra onun üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”. 

News24.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, bu barədə ona qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə SMS göndərilir:

“İşsiz şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir”. 

Xatırladaq ki, aprelin 9-dan etibarən gündəlik olaraq bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir.