-
- 15-04-2020, 12:10
- 961
Daha 100 min işsizə birdəfəlik VƏSAİT ÖDƏNİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan başlayaraq artıq 100 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.
Nazirlikdən News24.az-a verilən məlumata görə, işsiz şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.
Həmin şəxslər mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Birdəfəlik ödəmə ilə təminat prosesi gündəlik dav
am edir.