-
- 17-04-2020, 11:46
- 1 240
Tovuzda 250 ailəyə yardım- Qənirə Paşayeva Ruhi Əliyevaya TƏŞƏKKÜR ETDİ
“Tovuzlu iş adamlarına çağırışımızı dəstəkləyərək Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən 250-ə yaxın insanımıza yardım aparan Liatris Holdingin rəhbəri, həmyerlimiz Ruhiyyə Əliyeva xanıma təşəkkürümü bildirirəm”.
News24.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva şəxsi facebook səhifəsində bildirib. O qeyd edib ki, bu yardımın aparılması üçün əlindən gələn dəstəyi əsirgəməyib:
“İndiyədək olduğu kimi bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, online görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq”.
Millət Vəkili pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edib:
"Allah razı olsun! Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirməklə yanaşı hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük!”.