-
- 17-04-2020, 13:05
- 888
Səfa Mirzəyev Fazil Mustafaya CAVAB VERDİ
Mənim hesabata qeyd olunanlara etirazım yoxdur. Ancaq hesab edirəm ki, bələdiyyələrin Milli Məclisə hesabatından imtina etməliyik.
News24.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.
F.Mustafa iki seçkili orqanın biri-birinə hesab verməsinin absurd olduğunu bildirib: “Bu mexanizmin heç bir əsası yoxdur. 50-dən çox ölkənin konstitusiyası ilə tanış olmuşam. Onların heç birində bələdiyyə parlamentə hesab vermir. Hər ikisi seçkili qurumdur və bu mexanizmin heç bir əsası yoxdur. Seçkili qurum başqa bir seçkili quruma hesab verə bilməz. Ümid edirəm ki, növbəti ildən bələdiyyələr bizə hesabat verməyəcək. Bu mexanizimdən tədricən imtina etmliyik”.
Milli Məclisin sədri isə məsələni araşdırmaq istəyib. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, burada söhbət bələdiyyələrin deyil, bu quruma nəzarət edən müvafiq orqanın hesabatından gedir:
“Milli Məclisə hesabatı bələdiyyələr vermir. Hesabatı bələdiyyələrə inzibati orqanı həyata keçirən dövlət qurumu verir. Bu qurum Ədliyyə Nazirliyidir. Bizdə bələdiyyələrə inzibati nəzarət haqqında qanun var. Burada söhbət bələdiyyələrdən getmir”.