Baş tibb bacısından şok etiraf:
    • 18-04-2020, 12:52
    • 1 081

Baş tibb bacısından şok etiraf: "Koronaviruslu xəstəni nəfəs apartından ayırdım"

Londonda koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan baş tibb bacısı etiraf edib.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, "Royal Free" xəstəxanasında çalışan Cuanita Nittla bildirib ki, xəstənin vəziyyəti ağırlaşdıqda və onun həyatını xilas etmək üçün şans olmadıqda onu süni nəfəs aparatından ayırmaq tibb bacısının üzərinə düşür: "Xəstəni nəfəs alma qurğusundan ayırmaq həddindən artıq travmatik və emosional cəhətdən ağrılıdır. Bəzən insanın ölümünə görə özümü günahlandırıram".

C.Nittla nəfəs aparatından ayırdığı ilk xəstənin 50 yaşlı həmkarı olduğunu da deyib.