Rusiyada 80 yaşlı qoca koronavirusdan SAĞALDI
    • 19-04-2020, 10:51
    • 642

Rusiyada 80 yaşlı qoca koronavirusdan SAĞALDI

Rusiyanın Saxalin əyalətinin həkimləri 80 yaşlı sakini koronavirus infeksiyasından sağaldıblar.

Bu barədə regionun dövlət orqanları məlumat yayıb.

"Bu gün regionun 80 yaşlı sakininin sağalması məlum oldu, hansı ki, daha əvvəl təhlükəli infeksiya ilə xəstələndi. Pasiyent artıq evə buraxılmağa hazırlanır. Xanımı da xəstə ilə birlikdədir", - press-relizdə bildirilir.

Hökumətin məlumatına görə, həkimlər risk qrupuna aid olan kişinin sağlamlığına görə xüsusilə narahat olublar. Amma vaxtında aşkar edilmiş xəstəlik müalicəyə vaxtında başlamağa imkan verib. /Report/