Qohumunu avtomobildə gizlədib Balakənə KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 20-04-2020, 12:41
    • 678

Qohumunu avtomobildə gizlədib Balakənə KEÇİRMƏK İSTƏDİ - FOTO

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohunumu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.