-
- 20-04-2020, 15:38
- 966
"Məktəb direktorları heç kimi məcbur eləməsin"- NAZİRLİKDƏN XƏBƏRDARLIQ
“Bizə məlumatlar çatıb ki, məktəb direktorları müəllimlərə mütləq gedib Virtual.az saytından qeydiyyatdan keçməyi tapşırıb. Uşaq qeydiyyatdan keçə bilmirsə, də müəllim özü qeydiyatdan keçirməlidir deyilib. Camaat bankomatdan pul ödəyir ki, uşağını internetlə qeydiyyatdan keçirsin. Belə hallar qətiyyən yolverilməzdir”.
Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyi Təhsil şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.
O təhsil şöbələrinə səslənərək deyib: “Axı heç kimə məcburi “Virtual.az” portalından qeydyyatdan keç deyə tapşırıq verilməyib. Bu rəqabət deyil.
Bununla bağlı müəllimlərə plan qoyulmayıb. Ölkədə karantin elan olunub. Biz bunu eləməmişik ki, insanlar evdən çıxsınlar. Bu məsələni bir neçə dəfə müzakirə etdik ki, bu rəqabət deyil. İlkin mərhələdə kim evindın keçə bilirsə, çox yaxşı. Növbəti dəyişiklik olsa, məlumat veriləcək. Bu əlavə resursdu ki, uşaqlar istifadə edə bilsin. Məktəb direktorları bununla bağlı heç kimi məcbur eləməsinlər. Buna görə karantin normalarını pozmasınlar, evdən çıxmasınlar”.
Afaq Mirayiq