-
- 20-04-2020, 19:59
- 1 076
Azərbaycanda son üç ayda sərnişin DAŞIMALARI AZALIB
2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 440,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz az sərnişinə xidmət göstəriblər.
Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 1 milyon 77 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 50,1 faiz artım müşahidə olunub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 388,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 3,9 faiz azalıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,6 faiz azalaraq 50,9 milyon nəfər olub. Hava nəqliyyatı ilə 437,2 min və ya 8,5 faiz az sərnişin daşınıb. /Trend/