Afaq Bəşirqızı "İnstagram" HESABINI SİLDİ
    • 21-04-2020, 11:20
    • 1 233

Afaq Bəşirqızı "İnstagram" HESABINI SİLDİ

Xalq artisti Afaq Bəşirqızı ötən gecə baş verən hadisədən sonra "İnstagram" hesabını silib.

News24.az xəbər verir ki, aktrisa 21 mindən çox izləyicisi olan profilindən bütün paylaşımlarını silib.  

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrə görə gündəmə gəlib.  MTRŞ isə bu sözlərə görə telekanalın yayımını 6 saatlıq dayandırıb.

Sevda Bayramova