Rezidentura  imtahanlarının auditoriyada keçirilməsi MÜZAKİRƏ EDİLİR
    • 21-04-2020, 12:59
    • 674

Rezidentura imtahanlarının auditoriyada keçirilməsi MÜZAKİRƏ EDİLİR

"Hazırda magistratura təhsili üçün dövlətin elan etdiyi vakant yerlərinin elan olunmasını gözləyirik”.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O, qeyd edib ki, magistratura pilləsində ixtisas seçiminin edilməsini gözləyirlər:

“Hazırda qabiliyyət məsələsi də qalıb. Bunun onlayn və ya offline keçirilməsi müzakirə edilir. Rezidenturada isə iştirakçıların sayı çox deyil, 1000 nəfərə yaxındır. Bu imtahanların offline variantda - auditoriyalarda keçirilməsi müzakirə olunur. Hazırda konkret tarix elan etmək çətindir. Qərargahın qərarından, bizim də müəyyən təşkilatlarla müzakirələrimizdən sonra qərarlarımızı elan edəcəyik”.