DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı AÇIQLAMA VERDİ
    • 5-12-2019, 13:32
    • 723

DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı AÇIQLAMA VERDİ

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, Avropa çempionatı oyunlarına da ev sahibliyi edəcək: "Ölkədə kütləvi tədbirlər keçirilən zaman qəbul imtahanlarının da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçiriləcək kütləvi tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik"./report/