“Onlayn imtahan verənlərin  texniki avadanlığı olmalıdır” - DİM
    • 21-04-2020, 13:09
    • 557

“Onlayn imtahan verənlərin texniki avadanlığı olmalıdır” - DİM

"Onlayn və oflayn imtahanlar eyni zamanda keçirilə bilər". 

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, onlayn imtahanlarda iştirak edən şəxsin evdə internetinin kəsilməz olması vacibdir və bunu iştirakçı özü təmin edir".
Onun sözlərinə görə, oflayn imtahanlarda isə şagirdlər zallara dəvət edilir. "O şagirdin kompüterini, interneti özümüz təmin edirik. Bu məsələlər müzakirə edilir. Bu məsələ nə dərəcədə mümkündürsə, ona uyğun ediləcək"