-
- 7-05-2020, 17:45
- 683
Dövlət qulluğuna qəbulla bağlı müsahibələr BELƏ KEÇİRİLƏCƏK
"İmtahanlar avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək".
News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı müsahibələr onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir".
M.Abbaszadə onu da əlavə edib ki, mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq".
Afaq Mirayiq