-
- 22-09-2018, 13:00
- 1 671
Uşaqbaza qarşı ilk dəfə axtalama əməliyyatı keçiriləcəyi bəlli oldu - RƏSMİ...
Yaxın günlərdə Qazaxıstanın hakimiyyət orqanları ölkənin tarixində ilk olacaq kimyəvi kastrasiya (axtalama) əməliyyatı həyata keçirəcək.
Bu barədə “RİA Novosti” Qazaxıstan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Pedofilə (uşaqbaz) qarşı məhkəmənin çıxardığı hökm Qazaxıstanın cənubundakı Türkistan bölgəsində icra olunacaq, artıq orada hazırlıq tədbirləri aparılır.
2016-cı ilin aprel ayında prezident Nursultan Nazarbayev “Uşaqların hüquqlarının müdafiəsi haqqında” qanunvericiliyə dəyişiklik paketini imzalayıb. Pedofililərin kimyəvi axtalanması ilə bağlı qərar 1 yanvar 2018-ci ildən qüvvəyə minmişdir.
Qazaxıstan Respublikası Baş Prokurorluğu daha sonra bəayn etmişdi ki, uşaqbqazlıqda ittiham olunan məhkum cinsi istəklərini azaltmaq üçün xüsusi preparatlar qəbul etməlidir.
Kimyəvi kastrasiya məqsədilə cari ildə büdcədən 9,6 milyon tenge(təxm. 27 min dollar) vəsait ayırılıb.
Qeyd edilir ki, belə axtalama əməliyyatının biri 350 dollara başa gəlir.
//Moderator.az